Nicat Abbaslı məsuliyyətə cəlb edilib
Sosial şəbəkələrdə avtomobildə qadına qarşı fiziki zorakılıq tətbiq edilməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
hadiseler.info Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, hadisə yanvarın 31-də Suraxanı rayonunun Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.
Araşdırmalar zamanı N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, N.Azadlının rəqqas olduğu bildirilir.
No Comment! Be the first one.