Niderlandın xarici işlər naziri Azərbaycana gəlir
Niderland Krallığının xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi məqsədilə rəsmi hökumət nümayəndələri və tərəfdaşlarla yüksəksəviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.
No Comment! Be the first one.