Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfərə gəlir
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Azərbaycan Respublikasında işgüzar səfərdə olacaq.
hadiseler.info xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.
Azərbaycanın sədrliyi ilə təşkil olunacaq forumun gündəliyinə Asiyada təhlükəsizliyin, sülhün və etimadın möhkəmləndirilməsi, həmçinin AQEM-in institusional inkişafı məsələləri daxildir. Zirvə görüşü çərçivəsində rəqəmsallaşma, nəqliyyat bağlantıları və dayanıqlı iqtisadi artım üzrə əməkdaşlıq perspektivləri müzakirə ediləcək. Sammitin yekununda Bakı Bəyannaməsinin və təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılmasına dair qərarlar paketinin qəbulu gözlənilir.
Qeyd edək ki, AQEM Asiya qitəsində 28 dövləti birləşdirən və əhalinin 90 faizini əhatə edən vacib beynəlxalq forumdur.
No Comment! Be the first one.