Nigar Fərhad sərbəst buraxıldı
Çoxsaylı vətəndaş şikayətləri əsasında saxlanılan “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, keçmiş aparıcı Nigar Fərhad sərbəst buraxılıb.
hadiseler.info xəbər verir ki, istintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciət etməyib. Bir neçə saat izahat verən Nigar Fərhad daha sonra sərbəst buraxılıb.
“AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı artıq prokurorluq aparır.
Nigar Fərhad barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi davam etdirilir. Hazırda istintaq nəzarəti altında olan N.Fərhada vətəndaşlara vurulmuş ziyanın ödənilməsi tapşırılıb.
No Comment! Be the first one.