NİİM-dən TƏCİLİ XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) azyaşlıların skuterlərdən təhlükəli istifadəsi ilə bağlı valideynlərə müraciət edib.
hadiseler.info xəbər verir ki, müraciətdə uşaqların törətdikləri yol qaydası pozuntularının həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaratdığı bildirilib.
NİİM-dən verilən məlumatda qeyd olunur ki, sutkanın qaranlıq vaxtı paytaxtın intensiv hərəkət olan yollarında üç azyaşlı bir skuterlə əks istiqamətdə hərəkət edib və svetoforun qırmızı işığından keçib. Təhlükəli manevrlər zamanı skuterdə olan sərnişin azyaşlı yolun hərəkət hissəsinə yıxılıb. Xoşbəxtlikdən hadisə faciə ilə nəticələnməsə də, görüntülər uşaqların qaydalara əməl etməsinə nəzarətin nə qədər vacib olduğunu bir daha ortaya qoyur.
NİİM valideynlərin diqqətinə çatdırır:
Kiçik elektrikli nəqliyyat vasitəsini (skuter) idarəetmə hüququ yalnız 14 yaşdan başlayır;
Valideynlər övladlarına svetofor siqnallarını, əks istiqamətdə sürməyin və təhlükəli manevrlərin risklərini aşılamalıdırlar;
Bu cür təhlükəli hallar aşkar edildikdə azyaşlıların valideynləri barəsində müvafiq məsuliyyət tədbirləri görülür.
No Comment! Be the first one.