Nizami rayonunda quldurluq edən şəxs saxlanıldı-VİDEO
Bakının Nizami rayonunda vətəndaşa qarşı quldurluq hücumu edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakinini döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını ələ keçirib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Elvin Fərəcov saxlanılıb. Əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxs barəsində istintaq araşdırmaları davam edir.
No Comment! Be the first one.