Nyu-Yorkda Azərbaycan və Fransa XİN başçıları görüşüblər
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında məlumat verilib.
Görüşdə nazirlər ikitərəfli münasibətlərin gündəliyini nəzərdən keçirib, Azərbaycan–Avropa İttifaqı əlaqələrini müzakirə ediblər. Tərəflər, həmçinin əsas regional və beynəlxalq məsələlər, o cümlədən regional təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
No Comment! Be the first one.