Nərimanovda yaşayış binasında yanğın baş verib —VİDEO
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində 10 mərtəbəli binada başlayan yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı binanın 8-ci mərtəbəsində yerləşən 143 kv.m sahəli 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə və şaxtada 15 p.m elektrik kabeli yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Qəza zamanı xəsarət alan olmayıb.
No Comment! Be the first one.