Yük maşını elektrik dirəyinə çırpılaraq kanala aşıb- VİDEO
Lənkəranda bədbəxt hadisə ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İdarəetmədən çıxan “Mercedes Atego” markalı yük avtomobili əvvəlcə yol kənarındakı elektrik dirəklərinə çırpılıb, daha sonra isə kanala aşıb. Hadisə nəticəsində Cil və Şağlaser kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranıb.
Aidiyyəti qurumların operativ müdaxiləsi və gördüyü tədbirlər sayəsində elektrik enerjisinin verilişi artıq bərpa olunub. Qəza zamanı yük avtomobilinə ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.