Oktyabr ayında 9 gün iş olmayacaq
Azərbaycanda oktyabr ayında qeyri-iş günlərinin sayı açıqlanıb.
hadiseler.info xəbər verir ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü nəzərdə tutulub.
Ay ərzində oktyabrın 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən həmin tarixlər qeyri-iş günləri hesab olunur. Beşgünlük iş həftəsi üzrə çalışanlar üçün şənbə günləri də daxil olmaqla ümumilikdə 9 istirahət günü olacaq. Altıgünlük iş həftəsi ilə çalışanlar üçün təqvimə əsasən daha 5 istirahət günü müəyyənləşdirilib.
Qeyd edək ki, iş və istirahət günlərinin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi istehsalat təqvimi əsasında nizamlanır.
No Comment! Be the first one.