Oktyabrda neçə gün iş olmayacaq?
2026-cı ilin oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 9 qeyri-iş günü nəzərdə tutulub.
hadiseler.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, oktyabr ayının 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən həmin tarixlər qeyri-iş günləri hesab olunur.
Beşgünlük iş həftəsi üzrə çalışanlar üçün şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 9 istirahət günü olacaq. Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə təqvimə əsasən 4 bazar günü qeyri-iş günü hesab edilir.
No Comment! Be the first one.