Sabah Bakıda hava kəskin pisləşəcək — Şiddətli leysan xəbərdarlığı
Milli Hidrometeorologiya Xidməti oktyabrın 10-da ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.
hadiseler.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimal edilir. Axşama doğru yağış tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq.
Azərbaycanın bəzi rayonlarında da arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Oktyabrın 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi bildirilir. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman müşahid olunacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.
No Comment! Be the first one.