Oktyabrın 12-nə olan hava proqnozu açıqlandı
Azərbaycan ərazisində oktyabrın 12-də gözlənilən hava şəraiti barədə məlumat verilib.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti təşkil edəcək.
Ölkənin rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahid olunacaq, şərq küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək. Temperatur gecə 14-18° isti, gündüz 21-26° isti, dağlıq rayonlarda isə gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
No Comment! Be the first one.