Oktyabrın 4-nə olan hava proqnozu
Milli Hidrometeorologiya Xidməti oktyabrın 4-də ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.
hadiseler.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var, səhər isə yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-18° isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-20° isti, dağlarda isə gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.
No Comment! Be the first one.