Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq rayonlara qar yağıb
hadiseler.info xəbər verir ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi yerlərdə leysan xarakterli yağışlar intensiv xarakter alıb. Qar örtüyünün hündürlüyü Şahdağda 29 sm, Qrızda 27 sm, Xınalıqda 25 sm, Sarıbaşda (Qax) 23 sm, digər dağlıq rayonlarda isə 1-22 sm arasında qeydə alınıb. Xankəndinə sulu qar, Xocalı və Füzuliyə isə yağış yağıb.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 21 mm-ə çatdırılıb. Respublika rayonlarında da intensiv yağıntılar qeydə alınıb, şimal-qərb küləyinin sürəti arabir güclənib.
No Comment! Be the first one.