Ölkədə ödəniş kartlarının sayısı artıb
“Card to card” əməliyyatlarına limit tətbiq edilməsi fonunda Azərbaycanda ödəniş kartlarının sayında artım dinamikası müşahid olunub.
hadiseler.info Azərbaycan Respublikasının Mərkəzi Bankına istinadən xəbər verir ki, avqust ayının sonuna ölkədə ödəniş kartlarının ümumi sayı 22 milyon 974 min ədədə çatıb.
Bu göstərici iyul ayı ilə müqayisədə 189 min ədəd və ya 0,8% çoxdur. Qeyd edək ki, iyul ayında kartların sayında 29 min azalma qeydə alınmışdı.
Bununla yanaşı, avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi məbləği 8 milyard 888 milyon manat təşkil edib. Bu göstərici isə iyul ayı ilə müqayisədə 824 milyon manat və ya 8,5% azalma deməkdir.
No Comment! Be the first one.