Ölkə ərazisində leysan və dolu gözlənilir
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Avqustun 20-si gündüz saatlarından şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə ərazisində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna edilmir.
No Comment! Be the first one.