Onlayn kazino saxlanılanların KİMLİYİ bəlli oldu– VİDEO
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxlayıb.
hadiseler.info xəbər verir ki, kiberpolisin keçirdiyi tədbirlərlə Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənovun ölkə ərazisində fəaliyyəti qadağan olunan “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən olunub.
Saxlanılan şəxslərin paytaxtda icarəyə götürdükləri mənzildən texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul vəsaitləri aşkarlanıb. Dəstə üzvlərinin qeyd olunan platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pulu leqallaşdırdıqları bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

No Comment! Be the first one.