Ötən gün icra başçısı vəzifəsindən azad olunmuşdu – Bu gün nazir təyin edildi
Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin olunub.
hadiseler.info xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında müvafiq Qərar qəbul edilib.
Qərara əsasən, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
No Comment! Be the first one.