Özbəkistan MDB-nin antiinhisar qurumlarının fəaliyyəti üçün 3 əsas istiqamət təklif edib
MDB dövlətlərinin antiinhisar orqanları rəqəmsal platformaların tənzimlənməsi, birja hərraclarının monitorinqi və transsərhəd tədarüklərə nəzarət daxil olmaqla, bir neçə prioritet istiqamət üzrə praktiki əməkdaşlığı gücləndirməlidir.
hadiseler.info xəbər verir ki, bunu Özbəkistanın Rəqabət Siyasəti və İstehlakçı Hüquqları üzrə Tədqiqat Mərkəzinin direktoru Olimjon Cumayev MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında deyib.
No Comment! Be the first one.