Pakistan-Əfqanıstan sərhədində 12 silahlı zərərsizləşdirildi
Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstandan ölkə ərazisinə qanunsuz daxil olmağa cəhd edən 12 silahlını zərərsizləşdirib.
hadiseler.info xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 10-da hərbçilər Xayber-Paxtunxva əyalətinin Kurram rayonunda “Fitnə əl-Xəvaric” (“Təhrik-i-Taliban Pakistan”) silahlı qruplaşmasının üzvlərini aşkar ediblər. Sərhədin keçilməsi cəhdinin qarşısı alınarkən baş verən qanlı toqquşmada 12 silahlı məhv edilib.
Əməliyyat zamanı Pakistan ordusunun bir hərbçisi də həyatını itirib.
No Comment! Be the first one.