Pakistanda avtobusla yük maşını toqquşdu: 11 ölü
Pakistanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, polisin və xilasetmə xidmətlərinin məlumatlarına istinadən yayılan xəbərə əsasən, qəza nəticəsində azı 11 nəfər həyatını itirib, 33 nəfər isə xəsarət alıb.
Hadisə Pəncab vilayətinin Pakpattan rayonunda, Depalpur-roud trasında qeydə alınıb. Təxminən üç saat davam edən xilasetmə əməliyyatına canlı qüvvə ilə yanaşı, kranlar və digər ağır texnika cəlb olunub. Məlumata görə, səkkiz nəfər yüngül xəsarət alıb, 25 nəfər isə Pakpattandakı rayon xəstəxanasına çatdırılıb.
Pakistan Prezidenti Asif Əli Zərdari baş verən faciə ilə əlaqədar həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyib.
No Comment! Be the first one.