Pakistanda terror hücumu baş verib: 11 nəfər ölüb- VİDEO
Pakistanın şimal-qərbində yerləşən Dera-İsmayıl-Xan şəhərində dəhşətli terror aktı törədilib.
hadiseler.info “Al Arabiya” telekanalının xilasetmə xidmətlərinə istinadən verdiyi məlumata görə, polis nəzarət-buraxılış məntəqəsinin yakınlığında minik avtomobilinə yerləşdirilmiş patlayıcı qurğunu işə salan kamikadze-terrorçu tərəfindən güclü partlayış törədilib. Hadisə nəticəsində 11 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Terror hücumunun məsuliyyətini Əfqanıstan “Taliban”ı ilə sıx müttəfiq olan “Təhrik-i-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları yaralıları dərhal xəstəxanalara çatdırıblar; xəsarət alanlardan bəzilərinin vəziyyətinin kritik olduğu bildirilir.
No Comment! Be the first one.