Parisdə polis etirazçılara karşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdi
Parisdə “Sciences Po” universitetinin yaxınlığında etirazçılarla polis əməkdaşları arasında toqquşma baş verib.
hadiseler.info xəbər verir ki, gərginlik Sen-Jermen bulvarında alovlanıb. Etirazçıların qurduğu barrikadaları və maneələri dağıdan polis hüquq-mühafizə orqanları nümayişçilərə qarşı gözyaşardıcı qaz və dəyənəklər tətbiq edib.
Xatırladaq ki, bundan əvvəl Fransanın daxili işlər naziri Loran Nunes hüquq-mühafizə organlarına yuxarı sinif şagirdlərinin etiraz aksiyası iştirakçılarına qarşı işıq-səs qumbaralarından istifadə edilməsini qadağan etmişdi.
No Comment! Be the first one.