Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması üçün YENİ TARİX açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanma müddəti ilə bağlı növbəti dəfə diqqətçəkən bəyanatla çıxış edib.
hadiseler.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, N.Paşinyan jurnalistlərə açıqlamasında sülh müqaviləsinin 2027-2028-ci illərdə imzalanmasını mümkün hesab etdiyini bildirib.
Ermənistan hökumətinin rəhbəri əvvəlki proqnozlarına da toxunaraq qeyd edib:
“Mən daha əvvəl Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalana biləcəyini demişdim. Lakin daha dəqiq ifadə etsəm, hesab edirəm ki, biz bu sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Bunun üçün Azərbaycanla intensiv iş aparmalıyıq.”
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəlki çıxışlarında rəsmi Bakı ilə sülh sənədinin 2031-ci ilə qədər imzalanıb ratifikasiya olunacağına ümid etdiyini vurğulamışdı.
No Comment! Be the first one.