Paşinyan: “Əliyevlə görüşdə Konstitusiya məsələsi müzakirə olunmayıb”
Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə Ermənistan Konstitusiyasında dəyişiklik məsələsinin gündəmə gəlmədiyini bildirib.
hadiseler.info xəbər verir ki, keçirdiyi brifinqdə çıxış edən Paşinyan Azərbaycan Prezidenti ilə gündəlikdə olan bütün əsas məsələlərin müzakirə olunduğunu qeyd edib. O, Konstitusiya mövzusunun müzakirə obyekti olmadığını xüsusi vurğulayaraq, Ermənistanın bu məsələni xarici tərəfdaşlar və ya digər ölkələrlə müzakirə etmədiyini diqqətə çatdırıb.
Hökumət başçısı əlavə edib ki, Konstitusiya məsələsi müstəsna olaraq Ermənistanın daxili işidir.
No Comment! Be the first one.