Paşinyanın Azərbaycan əsgəri ilə bağlı reaksiyası gündəm oldu – VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyanın ölkə parlamentindəki qeyri-adi davranışı növbəti dəfə sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub.
hadiseler.info xəbər verir ki, insident Nikol Paşinyanla müxalifətçi deputat Qarnik Davtyan arasında baş tutan dialoq zamanı qeydə alınıb.
Belə ki, müxalifət nümayəndəsi bir neçə gün öncə Ermənistan tərəfə keçən Azərbaycan əsgərinin geri təhvil verilməsi məsələsini qaldırıb. Deputat Baş nazirə müraciət edərək: “Əgər buna mane ola bilmirsinizsə və buna gücünüz çatmırsa, bizə bir işarə verin, biz də anlayaq”, – deyə sual ünvanlayıb. Paşinyanın bu müraciətdən dərhal sonra verdiyi qeyri-adi “işarə” zalda olanların gülüşünə səbəb olub və həmin görüntülər kameraların yaddaşına düşərək geniş rezonans doğurub.
No Comment! Be the first one.