Polşa prezidenti “qadın alveri” iddiasına görə məhkəməyə müraciət etdi
Polşa Prezidenti Karol Navrotski şərəf və ləyaqətinin, şəxsi hüquqlarının qorunması tələbi ilə Varşava Rayon Məhkəməsinə müraciət edib.
hadiseler.info “TVN24” telekanalına məlumat verir ki, məhkəmə çəkişməsinə 2025-ci ilin mayında “Onet” portalında dərc olunan “Karol Navrotski və Qrand Hotelin sirləri” sərlövhəli məqalə səbəb olub. Məqalədə Navrotskinin keçmişdə Sopot şəhərindəki oteldə mühafizəçi işləyərkən qonaqlar üçün fahişələrin cəlb edilməsi prosedurunda iştirak etdiyi və qadın alveri ilə mümkün əlaqəsi olduğu iddia edilib.
Dövlət başçısı sözügedən materiala görə rəsmi şəkildə üzr istənilməsini tələb edir. Hazırda qapalı rejimdə keçirilən məhkəmə iclasında 5 şahidin dindirilməsi gözlənilir.
Prezident həmçinin məqalə müəlliflərini də məhkəməyə verib. Prokurorluğun jurnalistlərə qarşı təhqir ittihamı ilə hazırladığı akt üzrə növbəti dinləmə noyabrın 12-nə təyin olunub.
No Comment! Be the first one.