Poverbank alovlandı, təyyarə təcili eniş etdi — VİDEO
Hindistanda Dehlidən Çennaya uçan “IndiGo” aviaşirkətinə məxsus sərnişin təyyarəsində poverbankın alovlanması səbəbindən təyyarə təcili eniş edib.
hadiseler.info xəbər verir ki, 6E 6115 reysi ilə hərəkət edən təyyarənin yuxarı baqaj bölməsindəki poverbankdan anidən tüstü qalxmağa başlayıb.
Kabin heyətinin operativ müdaxiləsindən sonra pilotlar marşrutu dəyişərək təyyarəni Heydərabaddakı Rajiv Qandi adına Beynəlxalq Hava Limanına yönləndiriblər.
Təyyarə hava limanına uğurla təhlükəsiz eniş edib. Hadisə zamanı sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Aviaşirkət sərnişinlərin mənzil başına çatdırılması üçün dərhal alternatif uçuş təşkil edib.
No Comment! Be the first one.