Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqlədi
Azərbaycan Respublikası ilə Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumu arasında imzalanmış beynəlxalq sənəd rəsmən qüvvəyə minib.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında müvafiq qanunu imzalayıb.
Xatırladaq ki, qeyd olunan sənədlər 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində qarşılıqlı olaraq imzalanmışdı.
No Comment! Be the first one.