Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Siyasət

Prezident: “Bizim tanklarda Bakıya gələcəklərini deyənlər bu gün çayımızı həbsxanalarımızda içirlər”

Oktyabr 15, 2026
65 Views

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti, beynəlxalq ikili standartlar və Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi barədə kəskin və mühüm bəyanatlar verib.

hadiseler.info xəbər verir ki, dövlət başçısı Ermənistanın keçmiş və indiki rəhbərliyinin cinayətkar əməllərini və beynəlxalq qurumların laqeydliyini sərt tənqid edib:

“Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir. Hazırkı Baş nazir 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyan etmişdir. Bütün bu hədsiz həyasızlığa beynəlxalq ictimaiyyət göz yumurdu.

Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu isə həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı”.

“Azərbaycan əsgərinin ‘Dəmir yumruğu’ yenidən öz sözünü dedi”

2020-ci il Vətən müharibəsində əldə olunan tarixi Qələbədən və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən danışan Prezident İlham Əliyev separatçılığa birdəfəlik son qoyulduğunu vurğulayıb:

“Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi. Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi”.

“Tanklarda gəlib Bakıda çay içəcəklərini deyənlər həbsxanadadırlar”

Dövlətimizin başçısı işğalçıların layiqli cəzalarını aldıqlarını və Bakıdakı qonaqları Hərbi Qənimətlər Parkını ziyarət etməyə dəvət etdiyini xüsusi vurğulayıb:

“Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur. Yeri gəlmişkən, işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər”.

Tags:

#AQEM#Bakı#HadiselerInfo#HərbiQənimətlərParkı#İlhamƏliyev#Qarabağ#Separatçılar#Siyasət

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Ülvi Qasımzadəyə yüksək vəzifə verildi

Next

Xalq artisti Zaur Rzayevin səhhəti pisləşdi

Next
Oktyabr 15, 2026

Xalq artisti Zaur Rzayevin səhhəti pisləşdi

Previous
Oktyabr 15, 2026

Ülvi Qasımzadəyə yüksək vəzifə verildi

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Ərdoğan Azərbaycana səfərə gəlib
Ayla
Noyabr 8, 2026
Cəmiyyət
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Ayla
Noyabr 8, 2026
Siyasət
İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkür edib
Ayla
Noyabr 8, 2026
Hava haqqında
Sabah leysan olacaq – Hava ilə bağlı XƏBƏRDARLIQ
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya