Ülvi Qasımzadəyə yüksək vəzifə verildi
Azərbaycan İnvestisiya Holdinqində növbəti kadr təyinatı reallaşıb.
hadiseler.info “Yurd.Media”ya istinadən xəbər verir ki, Ülvi Qasımzadə Holdinqin Hüquq meneceri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ülvi Qasımzadə bu təyinata qədər Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində baş mütəxəssis və aparıcı mütəxəssis vəzifələrində çalışıb.
O, daha əvvəl isə İqtisadi Zonaların İnkişafı Agentliyində hüquq üzrə baş məsləhətçi kimi fəaliyyət göstərib.
No Comment! Be the first one.