Prezident cüdo üzrə dünya çempionatının açılışında iştirak edib
Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.
Hadisələr.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək mərasimi izləyib.
Dövlətimizin başçısı yarış çərçivəsində cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb. Prezident İlham Əliyev idmançımızı böyük qələbə münasibətilə təbrik edərək deyib:
“Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.

Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan.”
Dünya çempionu Əhməd Yusifov göstərilən yüksək diqqət və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.
No Comment! Be the first one.