Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnamə və strukturunu təsdiqlədi
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı mühüm fərman imzalanıb.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb. Fərmana əsasən, Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib.
Sənədə əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66, regional bölmələrinin işçilərinin say həddi isə 9 ştat vahidi müəyyənləşdirilib. Eyni zamanda, Fərmanla Agentliyin tabeliyində dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirəcək “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” büdcə təşkilatı yaradılıb və bu mərkəzin işçilərinin say həddi 200 ştat vahidi təsdiq olunub.
Fərmanda Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə bir sıra tapşırıqlar verilib. Nazirlər Kabineti iki ay müddətində Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını, Kollegiya üzvlərinin sayını və tərkibini, eləcə də Mərkəzin əməkhaqları və əməyin ödənilməsi sistemini müəyyən edərək ölkə başçısına məlumat verməlidir. Maliyyə Nazirliyinə isə həm Agentliyin, həm də Mərkəzin fəaliyyəti üçün tələb olunan vəsaitin dövlət büdcəsində nəzərdə tutulması, həmçinin 2026-cı il üzrə maliyyələşmənin təmin edilməsi tapşırılıb.
No Comment! Be the first one.