Prezident İlham Əliyev bir sıra səfirləri geri çağırdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə ölkədəki fövqəladə və səlahiyyətli səfirlərin və beynəlxalq təşkilatlardakı nümayəndələrin geri çağırılması haqqında sərəncamlar imzalayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısının sərəncamları ilə aşağıdakı diplomatlar tutduqları vəzifələrdən geri çağırılıblar:
Fuad Eldar oğlu İsgəndərov — Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən;
Məmməd Bahəddin oğlu Əhmədzadə — Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda (KSQT) daimi nümayəndəsi vəzifələrindən;
Vaqif İsmayıl oğlu Sadıqov — Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri vəzifələrindən.
No Comment! Be the first one.