Prezident İlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı təbrikində 1 Noyabr – İnqilab Günü münasibətilə Əlcəzair xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin, sarsılmaz iradəsinin əhəmiyyətini vurğulayıb.
Məktubda Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq duyulduğu qeyd olunub, qardaş xalqların maraqlarına uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün birgə səylərin göstəriləcəyinə inam ifadə olunub. Prezident İlham Əliyev həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, Əlcəzair xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.
No Comment! Be the first one.