Tanınmış azərbaycanlı professor ürək tutmasından vəfat etdi
Kimya elmləri doktoru, professor Müslüm Əhməd oğlu Qurbanov dünyasını dəyişib.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış alim ürək tutmasından vəfat edib.
Məlumat üçün bildirək ki, M.Qurbanov 1951-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. O, 2013-cü ildə “Nüvə kimyası” ixtisası üzrə professor elmi adını alıb. Professor nüvə kimyasına həsr olunmuş çoxsaylı monoqrafiya, kitab və elmi əsərlərin müəllifi idi.
No Comment! Be the first one.