Prezident İlham Əliyev İranın daxili işlər naziri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhlükəsizlik və ictimai asayişin qorunması sahəsində yüksəksəviyyəli əməkdaşlığın vacibliyini vurğulayıb.
İranlı nazir Prezident Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb və Azərbaycanın İrana çətin günlərdə göstərdiyi humanitar dəstəyə görə təşəkkür edib. Görüş zamanı regiondakı mövcud gərginliyin danışıqlar yolu ilə həlli, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.




No Comment! Be the first one.