Prezident İlham Əliyev Koreya Respublikasının Prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Koreya Respublikasının milli bayramı münasibətilə Li Cemyönü və onun simasında bütün Koreya xalqını öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Koreya arasında əlaqələrin dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb. Dövlətimizin başçısı birgə səylərlə ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcəyinə inamını ifadə edib, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıb.
No Comment! Be the first one.