Prezident İlham Əliyev ŞƏT-in Bişkek sammitində iştirak edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti dövlət başçıları şurasının iclasında iştirak etmək üçün səfərə hazırlaşır.
hadiseler.info xəbər verir ki, dövlət başçısı avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək ŞƏT sammitində iştirak edəcək.
Məlumata görə, yüksək səviyyəli tədbirdə 17 ölkənin lideri və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş iştirak edəcək. Sammit çərçivəsində regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişafı məsələlərinin müzakirə olunacağı gözlənilir.
No Comment! Be the first one.