Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün iştirakçılarına müraciət ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısının müraciətini baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətdə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verdiyi vurğulanıb.
Prezident İlham Əliyev korrupsiyanın sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən ciddi cinayət olduğunu qeyd edərək, bu cür əməllərin transsərhəd xarakteri daşıdığını bildirib. Müraciətdə “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası”nın strateji əhəmiyyəti qeyd olunub, həmçinin Azərbaycanda korrupsiyaya qarşı aparılan ardıcıl mübarizə tədbirləri, rəqəmsallaşma və şəffaflığın artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Eyni zamanda, işğal dövründə təbii sərvətlərimizin qanunsuz istismarı və əldə olunan gəlirlərin leqallaşdırılması məsələlərinə toxunulub, süni intellekt və rəqəmsal maliyyə alətlərinin doğurduğu yeni çağırışlara qarşı hüquq mühafizə orqanlarının müasir texnoloji həllərdən istifadəsinin vacibliyi vurğulanıb.
No Comment! Be the first one.