Prezident TDT Təhlükəsizlik Şuraları katiblərinin Bakıdakı toplantısının iştirakçılarına müraciət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Bakı şəhərində keçirilən Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, dövlət başçısı müraciətində tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsindən memnunluğunu bildirərək Türk dünyasının yüksəliş mərhələsində olduğunu vurğulayıb. Prezident Qabağ Zəfərinin regionda yeni geosiyasi reallıq yaratdığını, Zəngəzur dəhlizinin reallaşmasına zəmin hazırladığını və azad edilmiş ərazilərin bərpasında göstərilən dəstəyə görə qardaş ölkələrə minnətdarlığını ifadə edib.
Müraciətdə həmçinin qeyd olunub ki, Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində Orta Dəhlizin, Zəngəzur dəhlizinin inkişafı və Türk Dünyası Həftəsinin keçirilməsi kimi mühüm addımlar atılır. Dövlət başçısı kibertəhdidlər, beynəlxalq terrorçuluq və hibrid təhdidlərə karşı ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
No Comment! Be the first one.