Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Özbəkistandadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.
hadiseler.info xəbər verir ki, “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hava limanında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva şəxsən qarşılayıblar.
No Comment! Be the first one.