Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri avqustun 24-də yekunlaşıb.
hadiseler.info Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Buxara Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar.
Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair mühüm görüşlər keçirilib və Buxara şəhərindəki tarixi-mədəni abidələrlə tanışlıq baş tutub.
No Comment! Be the first one.