Prezident Kobaxidzeyə zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə telefonla zəng edib.
hadiseler.info Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı İrakli Kobaxidzeni doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində yeni uğurlar, dost gürcü xalqına isə əmin-amanlıq və rifah arzulayıb.
Gürcüstanın Baş naziri diqqətə və təbrikə görə Prezident İlham Əliyevə samimi minnətdarlığını bildirib.
Söhbət zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq, mehriban qonşuluq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
No Comment! Be the first one.