Prezident: “Müharibə bizim seçimimiz olmayıb, bizi Ermənistan məcbur edib”
Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm bəyanatlarla çıxış edib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı müharibənin Azərbaycanın öz seçimi olmadığını vurğulayıb:
“Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər”.
Dövlətimizin başçısı Ermənistanın və onun havadarlarının böyük səhvə yol verdiklərini diqqətə çatdıraraq əlavə edib:
“Amma onların hamısı yanıldı. Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
No Comment! Be the first one.