Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib- FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
hadiseler.info xəbər verir ki, görüşdə əvvəlki təmaslar məmnunluqla xatırlanıb və ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında uğurlu əməkdaşlıq məsələləri müzakirə olunub.
Söhbət zamanı Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsindəki vacib rolu diqqətə çatdırılıb. Bu xüsusda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin Bakıda keçirilən 7-ci görüşünün və gələn il ölkəmizdə təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin bu ilin əvvəlində layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” da xatırlanıb və Məhəmməd Əbdülsalam mükafatın sertifikatını dövlət başçısına təqdim edib.







No Comment! Be the first one.