Prezident Naxçıvan Dövlət Universitetinə 25 milyon manat ayırdı
Naxçıvan Dövlət Universitetində (NDU) tələbələr üçün 1000 nəfərlik yeni yataqxana kompleksi inşa ediləcək.
hadiseler.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamında bildirilib.
Sərəncama əsasən, müasir yataqxana kompleksinin tikintisi işlərini həyata keçirmək üçün Elm və Təhsil Nazirliyinə 25 milyon manat vəsait ayrılıb.
No Comment! Be the first one.