Prezident: “Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir”
Bir neçə gün öncə dağ-mədən və metallurgiya sənayesi üzrə Dövlət Proqramı qəbul olunub və bu sahə inkişafın əsas istiqamətlərindən biridir.
hadiseler.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Neft-qaz sektorunun əhəmiyyətini vurğulayan dövlətimizin başçısı deyib:
“Bu il də artıq bir çox yeni müqavilələr imzalanıb. Yəni neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir və böyük bir rifah yaradacaq”.
No Comment! Be the first one.