Prezident Tacikistan Prezidenti ilə görüşdü
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb.
hadiseler.info xəbər verir ki, Tacikistan Prezidenti Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və sammit çərçivəsində göstərilən samimiyyət və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan və Tacikistan arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, eləcə də mühüm regional və beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
No Comment! Be the first one.